Zaporojye Atom Elektrik Stansiyası Rusiya hərbçilərinin nəzarəti altındadır



Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi Rusiya qoşunları tərəfindən ələ keçirilib. Bu barədə Ukraynanın Nüvə Tənmzimləməsi Dövlət Müfəttişliyinin mətbuat xidməti bildirb.
Qeyd olunur ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.
Xatırladaq ki, martın 4-nə keçən gecə Rusiya ordusunun ağır texnikasının atəşə tutması nəticəsində Ukraynanın şərqində yerləşən Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib. Yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb. Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Eyni zamanda, AES-in yerləşdiyi Enerqodar şəhərinin meri Dmitri Orlov Zaporojye AES-də vəziyyətin ağır olaraq qaldığını bildirib. "Vəziyyət çətin olmaqda davam edir. Şəhərin özündə vəziyyətə gəlincə. İndi küçələrdə sakitlikdir, yad adamlar görünmür... Amma yaxınlıqda çox gərgin vəziyyət olduğundan, küçədə az qalmağı və evdə oturmağı tövsiyə edirik", - Enerqodarın meri deyib.
Tarix: 4-03-2022, 12:30
Xəbəri paylaş





Xəbər lenti