“Finlandiya və İsveçdə vəziyyət dəyişib...” – “İnsanların böyük əksəriyyəti NATO-ya qəbul edilməyimizi istəyir”



Rusiyanın güc yolu ilə ətraf ölkələri NATO-dan uzaqlaşdırmaq cəhdləri əks-effekt verməkdədir.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niinisto ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra ölkəsinin NATO-ya üzvlük üçün bütün göstəricilərə malik olduğunu deyib.
Prezident deyib ki, Baydenlə görüşdə Finlandiyanın müdafiə potensialını artırmaq istiqamətində razılıq əldə ediblər: “Finlandiyada da İsveçdə olduğu kimi vəziyyət dəyişib. İlk dəfədir ki, sorğuların nəticələrinə görə, insanların böyük əksəriyyəti NATO-ya girməyə tərəfdar çıxırlar. Biz, bu məsələnin parlamentdə müzakirəsi üçün açığıq”. Prezident deyib ki, bu məsələ ilə bağlı son qərarı parlament verəcək.
Xatırladaq ki, cari ilin yanvarında Finlandiya NATO-ya qəbul olunmaq fikrindən uzaq olduğunu bəyan etmişdi. Lakin Ukraynaya qarşı müharibə başlayandan sonra əhalinin və dövlətin mövqeyi kardinal şəkildə dəyişib. Bununla yanaşı, Rusiya Finlandiya və İsveçə NATO-ya qəbulla bağlı xəbərdarlıq etməkdən çəkinmir.
Tarix: 5-03-2022, 13:24
Xəbəri paylaş





Xəbər lenti