Ukraynalı nazirdən şok İDDİA: “Rus əsgərləri qızlarımızı zorlayır“

Ukraynalı nazirdən şok İDDİA: “Rus əsgərləri qızlarımızı zorlayır“
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya əsgərlərinin Ukraynada qadınlara təcavüz etdiyini iddia edib.
 

Yenisabah.az xəbər verir ki, “Reuters”in yazdığına görə, Londonda “Chatham House”da keçirilən onlayn tədbirdə çıxış edən Kuleba bununla bağlı çoxsaylı faktların olduğunu deyib:
 
"Təəssüf ki, bizdə rus əsgərlərinin Ukrayna şəhərlərində qadınları zorlaması ilə bağlı çoxsaylı faktlar var. Millətin iztirabları arasında beynəlxalq hüquqdan danışmaq mənim üçün çox çətindir”.
 
Nazir iddiasını təsdiqləyən heç bir sübut təqdim etməyib, lakin Ukrayna mediası bir həftədən çox davam edən döyüşlərdən sonra Rusiyanın ələ keçirdiyi yeganə böyük şəhər olan Xersonda 11 zorlama hadisəsinin qeydə alındığını bildirib.
 
“Biz bizdən qat-qat güclü olan düşmənə qarşı vuruşuruq, ancaq beynəlxalq hüquq bizim tərəfimizdədir və ümid edirəm ki, bu, bizə kömək edəcək”, - deyə Ukrayna XİN rəhbəri bildirib.
 
Xatırladaq ki, bir müddət əvvəl də Rusiyanın ukraynalı əsgərləri və ailələrini əsir götürdükdən sonra ictimaiyyət qarşısında edam edəcəyi iddia edilirdi. Bu və buna bənzər iddiaların ortaya çıxması ilə Rusiyaya qarşı müharibə cinayətlərinin səsləri yüksəlməyə başlayıb. Rusiyanın Ukraynaya təcavüzü artıq yüzlərlə insanın həyatına son qoyub və bir milyondan çox insanın ölkəni tərk etməsinə səbəb olub.

Tarix: 5-03-2022, 14:04
Xəbəri paylaş





Xəbər lenti