Rusiyaya məxsus təyyarə Avropa hava məkanından yan keçərək ABŞ-a istiqamət götürüb - FOTO


Rusiyaya məxsus təyyarə Avropa hava məkanından yan keçərək ABŞ-a istiqamət götürüb - FOTO
Rusiyanın “Russia” adlı xüsusi təyinatlı uçuş dəstəsinə məxsus “İl-96-300” təyyarəsinin Sankt-Peterburqdan Vaşinqtona uçduğu məlum olub.
Təyyarə Moskva vaxtı ilə saat 09:41-də (Bakı vaxtı ilə saat 10:41-də - red.) havaya qalxıb.
Qeyd olunur ki, “İl-96-300” Rusiya təyyarələri üçün bağlanan Avropa hava məkanından yan keçərək ABŞ-a tərəf istiqamətlənib.
Bildirilir ki, “İl-96-300” təyyarəsinin xidmətindən əsasən yüksək rütbəli rusiyalı məmurlar və Kremlə yaxın jurnalistlər istifadə edir.
Təyyarənin hərəkət qrafikini Flightradar24.com saytından izləmək mümkündür.
Bununla belə, hələ ki, təyyarənin göyərtəsində kimlərin olduğu və hansı məqsədlə Vaşinqtona uçduğu məlum deyil.

Mənbə: TRT
Tarix: 5-03-2022, 19:23
Xəbəri paylaş





Xəbər lenti