"Putin çox murdar adamdır, bunu gürcü dilinə çevirsək, çox pis ifadə alınacaq..." - VİDEO


Gürcü aktyoru, kinorejissoru, ssenaristi və müğənnisi Vaxtanq Kikabidze hesab edir ki, Rusiyanın Ukraynaya hücum etməsindən sonra Rusiya prezidentinin soyadı ədəbsiz sözə, söyüşə çevrilib.
 
Moderator.az xəbər verir ki, bunu o, "QORDON" nəşrinin banisi Dmitri Qordona verdiyi müsahibəsində deyib.
 
Jurnalist ondan "Putinlə görüşəydiniz, ona nə demək istəyərdiniz?" sualını ünvanlayıb.
 
"Mən ona deyərdim ki, o, çox murdar adamdır. Bunu gürcü dilinə çevirsək, çox pis ifadə alınacaq...
Çox...
Başa düşürsünüzmü, birincisi, o, bütün dünyanın ona nifrət etməsi üçün; ikincisi, nasist Almaniyasının lideri Hitler kimi, sovet diktatoru Stalin kimi, müharibəni törədən istənilən lider kimi tarixə düşmək üçün hər şeyi edib",- Kikabidze belə deyib.
 
Onun fikrinə görə, Putin "yox olmalıdır".
 
"Məsələ bundadır ki, rusiyalılar özləri onu dəfn edəcək, əgər özü bu müharibədə ölməsə...Düşünürəm ki, yuxarılarda xeyli adam ondan necə yaxa qurtarmaq haqqında düşünür. Mənim dediklərimin rus xalqına aidiyyəti yoxdur, mən Kremli nəzərdə tuturam. Həyatdan belə adamlar çox gedib. Buna "təsadüfi ölüm" deyirlər",- aktyor belə deyib.
 
O, əmindir ki, Putin öz cinayətlərinə görə gələcəkdə Haaqada Beynəlxalq cinayət məhkəməsi qarşısına çıxacaq.
 
"Düşünürəm ki, Kreml özü bu müharibəyə son qoymalıdır. Kim ki, sakitcə oturub bu böyük sayda tankların göstərilməsindən öncə onun bəyanatlarını dinləyib",- Kikabidze belə hesab edir.
 
Onun fikrinə görə, Putinin əhatəsi "öz iradəsindən kənar" daima Putinin uydurduğu "murdar tarixçələrdə" iştirak edib.
 
"Putin sözü söyüşə çevrilib. Bu, yeni söyüş növüdür. Bu barədə də uşaqlar oxuyacaq. Çünki bunlar hamısı tarixin yaddaşına həkk olur...
Düşünürəm ki, hələ vaxt varkən, onlar oturub düşünməli və onu dayandırmalıdır. Bunlar hamısı Kremldə həll olunmalıdır. Çünki mən bilirəm ki, ona heç kimin əli yetməyəcək. Mənə elə gəlir ki, nəsə düşünəcəklər",- Kikabidze deyib.

 

Tarix: 6-03-2022, 11:41
Xəbəri paylaş





Xəbər lenti