Rusiya MN-in ölən hərbçilərin cəsədlərinin məhvi haqda əmri?..-SƏNƏD-FOTO

Rusiya MN-in ölən hərbçilərin cəsədlərinin məhvi haqda əmri?..-SƏNƏD-FOTO
“Rəsmi istifadə üçün” müvafiq sənədi Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçko imzalayıb
 
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada həlak olan əsgərlərinin cəsədlərinin məhv edilməsi barədə göstəriş verib.
 
Moderator.az "UNİAN" nəşrinə istinadla  xəbər verir ki,  Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun imzaladığı 26 fevral 2022-ci il tarixli müvafiq sənədi Ukrayna Silahlıq Qüvvələrinin  "Sever" Əməliyyat Komandanlığı dərc edib.
 

 
 
Ayrıca "rəsmi istifadə üçün"  bu sənəddə Rusiya Federasiyasının Müdafiə Nazirliyi  2022-ci il martın 1-dən Ukraynada döyüşən şəxsi heyətin şəxsiyyətini təsdiq edən sənədlərini müsadirə etməyi, cəsədlərin təxliyyəsi üçün ən qısa müddətdə tədbirlər görməyi tələb edilir:
Rusiya hərbçilərinin cəsədlərinin Ukraynadan gecə saatlarında “daimi dislokasiya məntəqələrinə (o cümlədən Belarus ərazisinə) gizli aparılması və onların nömrələri təyin edilməklə kütləvi məzarlığa basdırılması təmin edilsin".
 
Bundan başqa, sənəddə cəsədləri təxliyə etmək mümkün olmadıqda, “onların yerindəcə məhv edilməsi barədə qərarın qəbul edilməsi” nəzərdə tutulur.
 
"Düşmənin öz əsgərlərinə münasibəti haqqında lazım olan hər şey bilmək gərəkdir.  Buna rəğmən Ukraynanın həlak olan hərbçiləri qəhrəman kimi son mənzilə yola salınır və onların xatirəsi ehtiramla yad edilir", - deyə Ukrayna ordu komandanlığı şərh edib.
 
Qeyd edək ki, Rusiya MN günlərdir ki, belə məlumatları təkzib edir...
 
Sultan Laçın

Tarix: 6-03-2022, 12:51
Xəbəri paylaş





Xəbər lenti