Mariupol: İnsanlar yağış suyu içir, mağazalar talan edilib, meyitlər küçələrdə qalıb...

Mariupol: İnsanlar yağış suyu içir, mağazalar talan edilib, meyitlər küçələrdə qalıb... 
Şənbə günü, martın 5- də, günün ikinci yarısında Mariupoldan həyəcanlı xəbərlər gəlməyə başlayıb.
 
Ölkənin cənub- şərqində yerləşən bu liman şəhərində vəziyyət fəlakətlidir.

 
Moderator.az xəbər verir ki, bunu "Vesti" nəşrinin xüsusi müxbirinə şahidlər məlumat verib. 
 
Onlar fasiləsiz atəşlər və minlərlə zərərçəkənlər haqqında danışıb.
 
Məlumat verilir ki, beş gün davam edən atəş nəticəsində şəhər sakinləri işıqsız, susuz və istiliksiz qalıb. Raketlər xəstəxanalara, qan eytiyatı anbarlarına, həmçinin sakinlərin təxliyəsi üçün nəzərdə tutulan avtobuslara ziyan vurub.
 
Şəhərin şərq hissəsindən endirilən zərbələr nəticəsində çoxsaylı yaşayış binaları dağıdılıb. Şəhərin küçələrində həlak olanların cəsədləri qalıb.
 
Elektrik şəbəkələrinin sıradan çıxması səbəbindən son 5 gündür ki, sakinlərlə əlaqə yoxdur. Şənbə gününə tərəflər şəhərdən mülki əhalinin təxliyəsi və su təchizatının bərpası üçün humanitar dəhliz barəsində razılığa gəlib.
 
İnsanlar əşyaları ilə bərabər şəhərdən çıxmağa başlayan kimi küçələr naməlum şəxslər tərəfindən atəşə məruz qalıb. Həm də Ukrayna tərəfi bununla bağlı Rusiya tərəfini, Rusiya tərəfi isə "Ukrayna nasistlərini" günahlandırır.
 
"Mariupoldan 5 gündür ki, xəbər yoxdur,- "Vesti"yə valideynləri şəhərdə qalan Stepan deyib.- Söhbət heç əlaqənin olmamasından da getmir, bu əlaqə hərdənbir yaranır, orada elektrik yoxdur, heç kim telefonlarını yükləyə bilmir. Onların suyu, istiliyi yoxdur, insanlar yağış suyundan istifadə edir. Ərzaq yoxdur, çoxları acından və soyuqdan qəzəblənərək, mağazaları qarət edib. Atəş altında olduqlarına görə ölənləri dəfn etmirlər. Raketlərdən biri qanköçürmə stansiyasına düşüb. Mənim dostlarım bütün Ukrayna üzrə humanitar yardım toplayır, lakin onu şəhərə çatdırmaq mümkün deyil. Şəhərin teleqram- kanallarında minlərlə məlumat var, indanlar doğmalarını axtarır, amma heç kimi tapa bilmir. Sonuncu dəfə mən valideynlərimlə martın 2- də danışmışam. Mən bilmirəm onlar bazar ertəsinədək sağ qalacaqmı? Xahiş edirəm kömək edin, bu müharibəni dayandırsınlar",- Stepan yalvararaq deyir.
 
Mariupolun meri belə məlumatla çıxış edib:
 
"Bizim iki gün öncə tolerant adlandırdığımız, rusların və ukraynalıların, yunanların və yəhudilərin şəhəri, dəniz sahilində okean imkanlarına malik şəhərimiz daha mövcud deyil".

Tarix: 6-03-2022, 15:50
Xəbəri paylaş





Xəbər lenti