Sanksiyalar Rusiyanı gücləndirəcək - "Qlobal Tayms"


ABŞ bu yaxınlarda Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyalar elan etdi. Lakin bu sanksiyalar ciddi təsir göstərməyəcək. Çünki Rusiya müdafiə sənayesi müstəqildir və Qərb texnologiyasından asılı deyil. Siam.az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Qlobal Tayms" məlumat yayıb.

Qeyd olunur ki, Rusiya hərbi texnikasının real döyüş şəraitində istifadəsi onun yüksək keyfiyyətli reklamına çevriləcək və Rusiyadan silaha tələbatı artıracaq. ABŞ Rusiyadan böyük miqdarda silah alan Hindistana da sanksiya tətbiq etməyəcək, çünki onlar hələ də ondan Çinə təzyiq etmək üçün istifadə edirlər. Rusiya ona qarşı tətbiq edilən maliyyə sanksiyalarının öhdəsindən gələ biləcək. Rus silahları döyüş sınaqlarından keçirildiyi üçün beynəlxalq bazarlarda daha da populyarlaşa bilər. Döyüşlər silahların xüsusiyyətlərini və imkanlarını nümayiş etdirməyin ən yaxşı və yeganə yoludur. Onlar döyüşdə istifadə olunduğu üçün Rusiya beynəlxalq bazarını itirməyəcək, əksinə, onda öz payını artıracaq.
Tarix: 7-03-2022, 11:15
Xəbəri paylaş





Xəbər lenti