Müharibənin 12-ci günü – Ərzaq böhranı gəlir

Neft, qaz, buğdanın qiyməti rekord vurur

Bu gün – martın 7-də dünya birjalarında xammalın qiyməti kəskin artıb. Bunun əsas səbəbi Rusiyanın Ukraynaya silahlı təcavüzüdür. Hücuma görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da təsirini göstərir. Avropada qazın min kubmetrinin qiyməti 3 min dolları keçib.

Müharibənin yaradacağı ərzaq böhranı

Ukraynanın mərkəzində fermer plantasiyası olan niderlandlı Kees Heyzinqa deyir ki, ölkədəki fermerlər tezliklə əkinə başlamasalar, ərzaq təhlükəsizliyinə böyük təhdid yaranacaq. “Üzümüzə gələn mövsümdə Ukraynanın ərzaq istehsalı iflas edərsə, buğdanın qiyməti iki, ya üç dəfə qalxa bilər”, – 20 ildir Kiyevdən 200 km cənubda yerləşən Çerkasıda təsərrüfatla məşğul olan niderlandlı deyir.

Ukraynadan Rumıniyaya çıxan azərbaycanlılar danışdı

Ukraynada yaşayan 1100 nəfərdən çox azərbaycanlı Moldova vasitəsi ilə qatarla Rumıniyaya keçə biliblər.
Azadlıq radiosu
Tarix: 8-03-2022, 08:40
Xəbəri paylaş





Xəbər lenti