Solovyovun böhtançı dilini "kəsirlər": Sanksiyalar böyüyür


Solovyovun böhtançı dilini "kəsirlər": Sanksiyalar böyüyürVladimir Solovyov

“Solovyov Live” Youtube platformasından istifadə şərtlərini pozduğuna görə bağlanıb. YouTube Rusiya təbliğatçısı Vladimir Solovyovun kanalını bloklayıb.

Onun kanalının bir milyondan çox abunəçisi var idi. “Vladimir Solovyovla axşam” kanalından sonra videohostinq şirkəti “Solovyov Live” kanalını da bloklamaq qərarı verib. Xidmət səhifəyə daxil olmaq istəyərkən yazır: “Bu kanal YouTube-un istifadə şərtlərini pozduğu üçün bloklanıb”.
Solovyov özü kanalında bloklanmağı “müharibə elan edilməsi” adlandırıb. Xatırladaq ki, Solovyovun xaricdəki bahalı villaları və çoxmilyonlu bank hesablarına da həbs qoyulub. Onun ABŞ və Avropaya səfər etməsi də bundan sonra mümkün olmayacaq.
Solovyov Qarabağda ərazilərimizi azad etdiyimiz vaxtlarda Azərbaycana qarşı da böhtançı verilişlər hazırlayırdı. Onun Azərbaycanda çəkilmiş kadrları Ermənistan kimi təqdim etməsi də biabırçı şəkildə ifşa edilmişdi.
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya və Belarusun sanksiya tətbiq edilən hüquqi və fiziki şəxslərinin siyahısının genişləndirildiyini açıqlayıb.
Bizimyol.info Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, əvvəllər açıqlanan siyahıya əlavə olaraq, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident administrasiyası rəhbərinin müavinləri Dmitri Kozak və Sergey Kiriyenko, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, rusiyalı iş adamları Alişir Usmanov, Gennadi Timçenko və Rottenberq qardaşları da sanksiya altına düşüb. Həmçinin İnternet Araşdırmaları Agentliyi və PMC Wagner də sanksiya siyahısına əlavə edilib.
Belarusun siyahısı isə 12 fiziki və 10 hüquqi şəxslə genişləndirilib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu tədbirlər “Ukrayna ilə bağlı mövcud beynəlxalq vəziyyət nəzərə alınmaqla, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və Yaponiyanın beynəlxalq səylərə töhfəsini vermək məqsədilə” həyata keçirilib.
Polşa prezidenti Anjey Duda Rusiyanın öz məqsədinə çata bilməyəcəyini deyib: "Əgər Putin düşünürsə ki, Rusiya ordusu evləri dağıtmaqla, dinc sakinləri öldürməklə Ukrayna müdafiəçilərinin azadlığını və ruhunu qıracaq, dərindən yanılır. Vladimir Zelenski özü də dediyi kimi, hər dağıdılan ev və hər hər öldürülən qurban müdafiəçilərin müqavimətini və qələbə əzmini artırır”.
Tarix: 8-03-2022, 16:25
Xəbəri paylaş





Xəbər lenti