“İkinci Dünya Müharibəsində ölən qardaşını xatırla...” - Blinkendən Putinə sülh mesajı

“İkinci Dünya Müharibəsində ölən qardaşını xatırla...” - Blinkendən Putinə sülh mesajı
Rusiya-Ukraynaya müharibəsinin 13-cü günündə ABŞ dövlət katibi Entoni Blinken Rusiya lideri Vladimir Putinin şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
 
Moderator.az xəbər verir ki, o, Putinin 1 yaşlı qardaşı Viktorun İkinci Dünya Müharibəsi zamanı Leninqradda nasist qüvvələri tərəfindən öldürüldüyünü xatırladıb və Putinə “Müharibəsi dayandır!” çağırışı edib. 

Putinin şəxsi həyatı haqqında çox yazılsa da, o, həmişə bunu gizli saxlamağa üstünlük verib. Ailəsini hər zaman kameralardan gizlədən Putin indiyə qədər səsləndirilən iddialara münasibət bildirməkdən də çəkinib.
 
Ancaq Blinkenin açıqlaması bütün dünyanın gündəmini zəbt edib. Blinken Putinin 1 yaşlı qardaşı Viktorun Leninqradda öldürüldüyünü deyib. 
 
Rusiyanın Ukrayna şəhərlərinə hücumlarının getdikcə artan humanitar fəlakətə səbəb olması xəbərindən sonra Blinken onun şəxsi həyatından istifadə edərək birbaşa Putinə müraciət etdi. Blinken Latviyanın paytaxtı Riqaya səfəri zamanı Leninqrad döyüşlərini xatırladıb:
 
“Hər bir rus bilir ki, İkinci Dünya Müharibəsi illərində leninqradlılar sistematik olaraq aclıq və təqiblərə məruz qalıblar. Bu mühasirə milyonlarla rus ailəsinə, o cümlədən bir yaşlı qardaşı ölən prezident Putinə də təsir edib"-deyə o, bildirib.
 
O, çıxışında Putinin həyatına da toxunub:
 
 "İndi Rusiya Mariupol kimi şəhərləri aclıqdan qırır. Bu isə ayıbdır. Rusiya qüvvələrinin hərbi əməliyyatlarını davam etdirdiyi cənub liman şəhəri Mariupolda yüz minlərlə insan ac və susuz qalıb. Birləşmiş Millətlər ailələr üçün təhlükəsiz keçidlər tələb edir.  Ancaq atəşkəsə nail olmaq üçün əvvəlki iki cəhd uğursuz oldu və rus qoşunları insanların ölkəni tərk etməsinə mane oldu."-deyə o, bildirib. 

Tarix: 8-03-2022, 16:32
Xəbəri paylaş





Xəbər lenti