ABŞ “Patriot” komplekslərini Polşaya təhvil verəcək


Pentaqon Varşavanın təklifi ilə “Patriot” zenit-raket komplekslərini Polşaya göndərmək niyyətindədir.

Siam.az APA-ya istinadla xəbər verir ki, bu barədə TASS-ın sorğusuna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Adam Miller bildirib.

Onun sözlərinə görə, iki “Patriot” batareyasının Polşaya verilməsi planlaşdırılır. ABŞ hərbi departamenti hesab edir ki, bu addım həm Birləşmiş Ştatlar və müttəfiqləri həmçinin NATO ərazisi üçün potensial təhlükənin qarşısını almağa imkan verəcək.

“Bu, alyansın 5-ci maddəsinə sadiqliyimizi və heç bir hücum əməliyyatını dəstəkləməyən ehtiyatlı qüvvələrdən qorunma tədbiridir” deyə Miller əlavə edib.
Tarix: 9-03-2022, 09:46
Xəbəri paylaş





Xəbər lenti