"Putin vakuumdadır, ona məlumatı 2-3 nəfər ötürür, onu aldadır və isti vannada saxlayırlar"


"Ona deyirlər ki, hər şey plan üzrə gedir və əməliyyatın son tarixi də məlumdur"
 
Ukrayna Baş Kəşfiyyat İdarəsinin 2016- 2020- ci illərdə rəisi olmuş Vasili Burba "QORDON" nəşrinin sahibi Dmitri Qordona müsabə verib.
 
O, bəyan edib ki, onda olan məlumatlara görə, Rusiya prezidenti Putin informasiya vakuumundadır və Ukraynadakı müharibə haqqında tam təsəvvürü və məlumatı yoxdur.
 
"Deyin görək, Sizin kəşfiyyat məlumatlarınıza görə, Putinin vəziyyəti və əhval- ruhiyyəsi necədir?" sualına Burba cavab verib ki, bir ildən artıqdır ki, işləmir və kəşfiyyat məlumatarına tam malik deyil.
 
"Amma mənin köhnə təmaslarım ( bilirsiniz ki, sabiq kəşfiyyatçı olmur) deyirlər ki, o, vakuumdadır. Onun informasiya kanalı iki- üç nəfərdən ibarətdir. Onu isti vannada saxlayır, deyirlər ki, hər şey plan üzrə gedir, onlar əməliyyatın bitəcəyi tarixi də bilir. Məndə olan məlumata görə, onların yeni planına əsasən, əməliyyat  beş- altı günə Kiyevin alınması ilə başa çatmalıdır", - Burba məlumat verib.
 
Baş Kəşfiyyat İdarəsinin sabiq rəisi deyib ki, Putinin başqa informasiya mənbələri olmadığından
 "ona elə gəlir ki, hər şey plan üzrə gedir".
 
"Onu aldadırlar", - Burba vurğulayıb.
 
Bu müsahibəsində hərbi kəşfiyyatın sabiq rəhbəri deyib ki, Putin Ukraynada blitskriqə hazırlaşırdı və Rusiya qoşunlarının üç günə Kiyevi ələ keçirəcəyini zənn edirdi.
 
"Mən sizə deyim ki, onun xüsusi xidmət orqanları pis işləyir. O, onların məlumatlarına əsaslanır, onlar isə büdcədən milyardları yeyib, rəhbərliyə məlumat verirdilər ki, Ukrayna Rusiya qoşunlarını gözləyir, onları duz- çörəklə qarşılayacaqlar. Bunlar isə blef, yalan oldu", - Burba bəyan edib.
 
Onun sözlərinə görə, rusiyalılar heç vaxt Kiyevi ələ keçirə bilməyəcək.
 
"Bəli, onlar şəhəri mühasirəyə almağa hazırlaşır, amma bunlar kağız üzərindədir, başa düşürsünüzmü? Hazırlaşmaq olar, amma onlar gərək hər gün yatıb mühasirəyə hazırlaşanda anlamalıdır ki, biz təkcə Kiyev tərəfdən deyil, sağdan, soldan, kürəkdən vuracağıq", - sabiq kəşfiyyat rəisi xəbərdarlıq edib.

Tarix: 9-03-2022, 11:11
Xəbəri paylaş





Xəbər lenti