Ukrayna qüvvələri “İsgəndər” raketini vurdu



Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya ordusunun atdığı “İsgəndər-M” operativ-taktiki raketini hədəfə çatmadan vura bilib. Ukrayna KİV-ləri raketin Donetsk vilayətinin Kramatorsk şəhəri üzərində vurulduğunu bildirir. Ukrayna Milli Polisi özünün Telegram-kanalında vurulmuş raketin qalıqlarının fotosunu paylaşıb. Bildirilir ki, raketin qalıqları Kramatorsk ətrafındakı Yasnoqorka qəsəbəsinə düşüb. Zərər çəkənlər yoxdur, polis sakinlərə raketin qalıqlarına yaxınlaşmamağa çağırıb.

Qeyd edək ki, Rusiya hərbi mütəxəssisləri “İsgəndər” raketlərinin bütün müasir hava hücumundan müdafiə sistemlərini dəf edə biləcəyini iddia edir. Raketin hansı vasitə ilə vurulduğu məlum deyil.
Tarix: 9-03-2022, 17:55
Xəbəri paylaş





Xəbər lenti