Rus qvardiyası işğal olunmuş ərazilərdə repressiyalara başladı



Rusiya ordusu və milli qvardiyasının əsgərləri Ukraynanın işğal altındakı Xerson vilayətində repressiyalara başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb.
Gələn informasiyalara əsasən, rus əsgərləri Xersonda əllərində Ukrayna bayraqları ilə mitinqə çıxaraq işğala etiraz edən insanların ovuna çıxıblar.
Bunun üçün buraya rus qvardiyasının əsgərləri yeridilib. Artıq 400 ukraynalı vətəndaşın qeyri-qanuni şəkildə həbs olunduğu qeyd edilir.
Xatırladaq ki, bundan öncə “Financal Times” qəzeti Avropa xüsusi xidmət orqanlarına istinadən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ukraynaın işğal olunmuş ərazilərində yerli əhalinin müqavimətinin qırılması məqsədilə repressiv əməliyyatlara cəlb olunacağını yazmışdı.
Tarix: 9-03-2022, 18:30
Xəbəri paylaş





Xəbər lenti