"Qorxuram ki, Putin Polşaya nüvə bombası atsın..."- Məşhur təhqiqatçı -VİDEO


Tanınmış bolqarıstanlı jurnalist, "Bellingcat" beynəlxalq araşdırma qrupunun baş təhqiqatçısı Xristo Qrozev hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək, lakin o, NATO üzvü olan ölkələrdən birinə nüvə bombası ata bilər. 
 
Moderator.az xəbər verir ki, araşdırmaçı bu fikri “GORDON” internet nəşrinin baş redaktoru Alesya Basmana müsahibəsində bildirib.
 
"İnanıram ki, o, Ukraynada bunu edə bilməz. Çünki Rusiyada heç kim bunu başa düşməyəcək və buna  haqq qazandırmayacaq. Üstəlik, bu əraziyə, ümumiyyətlə, nəzarət etmək istəyirsə, deməli, bu ona lazım deyil...
Mən qorxuram ki, Putin Ukraynaya kömək edən ölkələrə, xüsusən də NATO ölkələrinə qarşı nüvə taktiki silahlarından istifadə etməyə hazırdır”, - deyə  Qrozev vurğulayıb.
 
O, məhz Polşanın Putinin hədəfi ola biləcəyini ehtimal edib.
 
"Həqiqətən qorxuram ki, o, indi Polşadan qisas ala bilər, çünki Polşa Ukraynaya belə nəzərə çarpan formada kömək edir... Bu, Putinin psixoloji profili üçün kifayət qədərdir. Bundan sonra təbii ki, NATO ilə müharibə başlayacaq. Və sonra Ukrayna üzərində səmanın bağlanması məsələsi avtomatik həll olunacaq”, - deyə jurnalist bildirib.
 
"Deməli, siz onun Polşaya nüvə bombası ata biləcəyini düşünürsünüz?"- Batsman soruşub.
 
“Hə, Putinə yaxın insanların çoxu belə hesab edir”, - deyə məşhur təhqiatçı cavab verib.

 
Sultan Laçın

Tarix: 10-03-2022, 08:39
Xəbəri paylaş





Xəbər lenti