Rusiya müharibəni donmuş mərhələdə tərk edə bilər...


"Rusiya Federasiyasında başa düşürlər ki, daha bu müharibədə qalib gələ bilməyəcəklər, ona görə də qarşıdurma tezliklə dayana bilər. Lakin bu, o demək deyil ki, işğalçılar öz uğursuzluqlarını etiraf edəcəklər".
 
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bunu  "Bellingcat" beynəlxalq  araşdırma qrupunun  baş təhqiqatçısı Xristo Qrozev söyləyib.
 
O, hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bir həftəyə başa çatacaq. Lakin Rusiya Federasiyası uduzmuş vəziyyətdə qalmamaq üçün onu “dondura” bilər.
 
Məşhur araşdırmaçı bu barədə “GORDON” internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində danışıb.
 
"Sonu söyləmək çətindir, çünki çox güman ki, savaş aramsız olacaq.  Amma qorxuram ki, elə bir dövr gələcək ki, müharibənin bitib-keçmədiyi bəlli olmayacaq. Lakin bir daha qan tökülməyəcək və bu, ən vacib məsələdir. Düşünürəm ki, biz buna yaxınlaşırıq. Bu, bir həftənin, bəlkə də 10 günün məsələsidir”, - Qrozev bildirib.
 
O əlavə edib ki, Rusiya Federasiyasında öz mövqelərinin zəiflədiyini başa düşürlər. İşğalçılara bu müharibəni hətta bitmiş adlandırmamaq da faydalı olacaq, çünki əks halda onlar itkilərini və uğursuzluqlarını etiraf etməli olacaqlar. Rusiya müharibəni donmuş mərhələdə tərk edə bilər...
 
Sultan Laçın

Tarix: 10-03-2022, 09:18
Xəbəri paylaş





Xəbər lenti