Rusiyanı "maliyyələşdirən" Almaniyadan Ərdoğana hücum


Rusiyanı "maliyyələşdirən" Almaniyadan Ərdoğana hücumVladimir Putin, İbrahim Rəisi, Rəcəb Tayyib Ərdoğan

Almaniyanın xarici işlər naziri Annalena Burbok Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiya və İran liderləri Vladimir Putin və İbrahim Rəisi ilə foto paylaşdığına görə tənqid edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Bild” nəşri yazır. “...Kreml despotu Putinin, İran prezidenti Rəisi və Türkiyə prezidenti Ərdoğanın fotosunu görəndəsözün əsl mənasında başa düşmədim. Bu fotoda Türkiyə prezidentinin olması, yumşaq desək, problemdir. NATO üzvü Türkiyə Ukraynaya kütləvi hərbi dəstək verir”,- deyən Burbok vurğulayıb ki, bu fotoşəkil onun üçün NATO üzvü baxımından anlaşılmazdır.
Bundan əlavə, Bundestaqın Ukraynaya ləng silah tədarükü ilə bağlı ittihamlarını şərh edən xarici işlər naziri qeyd edib ki, Almaniyanın avropalı qonşularını aldatmaq məqsədi yoxdur.
"Biz barmaqlarımızın çırpılması ilə tankları əvəz edə bilmərik",- deyə o vurğulayıb.
Xatırladaq ki, iyulun 20-də Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan Tehranda keçirilən üçtərəfli sammitin yekunlarına dair bəyanat qəbul ediblər. Tərəflər Suriyadakı mövcud vəziyyəti müzakirə edib, son beynəlxalq və regional hadisələri nəzərdən keçirib və Suriya böhranının dinc və davamlı həllində Astana prosesinin aparıcı rolunu qeyd ediblər.
Sammitdən sonra “Astana üçlüyü”nün liderləri görüşü yekunlaşdıraraq mətbuata bəyanatla çıxış ediblər, daha sonra zalı tərk edərək söhbətlərini davam etdiriblər.
Maraqlıdır ki, hazırda Rusiyaya ən çox pul ödəyən ölkələrdən biri Almaniyadır. Ukrayna Rusiya qazından imtinaya çağırsa da, Almaniya bu tədbirin baş tutmasına mane olur. Almaniyanın qaz pulu olaraq Rusiyaya ödədiyi milyardlar Ukraynada müharibənin maliyyələşməsinə xərclənir.
Tarix: 24-07-2022, 11:09
Xəbəri paylaş





Xəbər lenti