Miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edirlər - qorxulu statistika


Bu ilin birinci rübündə Tacikistandan 60 min, Özbəkistandan isə 133 min miqrant Rusiyadan vətənlərinə gedib. Bu cür məlumatları “Gremi Personal” beynəlxalq məşğulluq agentliyinin analitik mərkəzi təqdim edir.
Musavat.com xəbər verir ki, “Gremi Personal” Polşada postsovet ölkələrindən olan vətəndaşların məşğulluğuna görə ilk üçlükdə olan agentlikdən biridir.
Bundan əlavə, Dünya Bankının proqnozlarına görə, Mərkəzi Asiya ölkələrinin ÜDM-nin 30%-ni təşkil edən Rusiyadan pul köçürmələrinin həcmi (Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə) bu il kəskin azalacaq: Qazaxıstana - 17%, Özbəkistana 21%, Tacikistana 22% və Qırğızıstana 33%. Təxminən 2 milyon nəfər iş yerini itirə bilər. Miqrantlar arasında işsizliyin 4,4%-dən 7,8%-ə yüksəlməsi gözlənilir.
Bəlkə də elə buna görədir ki, “Gremi Personal” agentliyinin məlumatına görə, Mərkəzi Asiya vətəndaşları Polşada işləməyə daha çox maraq göstərirlər. Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Polşada işə qəbul agentliklərindən işə qəbul üçün müraciətlərin sayında artım 30% artıb.
Tarix: 25-07-2022, 12:32
Xəbəri paylaş





Xəbər lenti