Egey dənizində GƏRGİNLİK - TÜRKİYƏ DƏRHAL MÜDAXİLƏ ETDİ - FOTO/VİDEO



Egey dənizində Türkiyə və Yunanıstan sahil mühafizə qüvvələri arasında gərginlik yaşanıb.

Bizim.Media "Milliyet"ə istinadən xəbər verir ki, Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus kater Bulamaç adasında keçirilən "Dəniz Kuboku Açıq Dəniz Yaxta Yarışı"na qatılan yelkənli qayığı batırmağa cəhd edib. Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus gəmi dərhal hadisəyə müdaxilə edib.

Yelkənli qayığı batırmaq üçün bir neçə dəfə sürətlə qarşısından keçən yunan katerindən, "Yunanıstanın ərazi sularındasınız, dənizimizdən çıxın" anonus edilib.

Buna cavab olaraq Türk gəmisindən yarışa qatılan qayıqlara, “Sükanı pozmayın, marşrutunuzu dəyişməyin, yarışı dayandırmayın, yarışı tərk etməyin" deyə müraciət edilib.
Daha sonra Yunanıstana məxsus kater ərazindən uzaqlaşdırılıb.


 

Tarix: 26-07-2022, 22:43
Xəbəri paylaş





Xəbər lenti