Xersonda Ukrayna partizanları satqın polislərin avtomobilini partlatdı...-Biri öldü...-FOTO


Xersonda Ukrayna partizanları satqın polislərin avtomobilini partlatdı...-Biri öldü...-FOTO
Rusiyanın işğalı altında olan Xersonda ukraynalı partizanlar Rusiya işğal administrasiyasının qondarma polisinin avtomobilini partladıblar. 
 

Moderator.az "GORDON"a istinadla xəbər verir ki, bu barədə telegram-kanalda Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
 
Hadisə Repin küçəsi ilə Admiral Senyavin prospektinin kəsişməsində baş verib. Partizanlar radio ilə idarə olunan bombadan istifadə ediblər. Nəticədə bir polis ölüb, ikincisi isə tibb müəssisəsindədir.

“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bütün satqınlara rus işğalçılarına kömək etdiklərinə görə qaçılmaz cəza alacaqlarını xatırladır”, - mesajda deyilir.
 
Bundan əvvəl avtomobilin partlaması ilə bağlı məlumatı kollaborant(satqın) polis əməkdaşları özləri də vermişdilər. Həmçinin, qondarma vilayət administrasiyasının rəhbəri Vladimir Saldo bildirib ki, "patrulun keçdiyi yolda qayka və boltlar ilə doldurulmuş əldəqayırma partlayıcı qurğu partladılıb". Bu sitatı  "RİA Novosti" də yayıb.
 
Yerli “Most” nəşri də "Twitter"də hadisə yerindən video yayımlayıb.
Tarix: 28-07-2022, 11:01
Xəbəri paylaş





Xəbər lenti