"Avropa Rusiyanın kömür, neft və qazından imtina edəcək"


"Avropa Rusiyanın kömür, neft və qazından imtina edəcək"Jozep Borrel

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell Rusiyadan qazı mərhələli şəkildə dayandırmaq planlarını açıqlayıb. Onlar ilk növbədə Rusiya Federasiyasından kömür, sonra neft, yalnız bundan sonra mavi yanacağın alınmasını dayandıracaqlar.

Bizimyol.info xəbər verir ki, bu barədə siyasətçi “Rtve”-yə müsahibəsində bildirib. Borrell həmçinin hesab edir ki, Rusiya qaz tədarükünü kəsmək istəsə, bunu yayda, dövlətlər öz anbarlarını doldurduqda edəcək.
“Təzyiq elementi olaraq, bu, bizi təəccübləndirməməlidir və bunun belə olacağına hazır olmalıyıq, hətta mənə elə gəlir ki, bundan sonra hamımız qənaət etməyə başlamalıyıq. Məcburi prosedurlar tətbiq etməliyik”,- deyə o əlavə edib.
Siyasətçi deyir ki, Avropa İttifaqı Rusiya Federasiyasından gələn mavi yanacaqdan imtina edəcək. "Biz Rusiyadan həddindən artıq enerji asılılığından qurtulmaq qərarına gəlmişik. Əvvəlcə kömürdən, sonra daha uzun uyğunlaşma müddətləri olan neft və qazdan imtina edəcəyik. Biz bunu edəcəyik və Rusiya bunu bilir. Ona görə də bunu sakit oturub gözləmək olmaz. Onun bizə vuracağı zərəri indidən başa düşməliyik”,- deyə Borell deyə qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla söhbətindən danışıb. Rusiya başçısı qaz tədarükünü yarıya endirməklə hədələyib. Onun sözlərinə görə, “Şimal axını” Kanadadan gələn turbin olmadan tam işləməyəcək.
Xatırladaq ki, Rusiyada yanvarın 1-dən iyulun 15-dək qaz hasilatı 10,4 faiz azalıb. İyun ayında aylıq azalma artıq 30 faiz azalıb. Əslində, bu, “Qazprom”un tarixində ən böyük hasilat kəsilməsidir.
Hazırda Putin Avropaya qaz təchizatı kartı ilə təzyiq edərək sanksiyaların yumşalmasına nail olmaq istəyir. Son həftələr ərzində baş verənlər əslində sanksiyaların Rusiyanı necə çətin vəziyyətə saldığını göstərir. Amma hətta əməkdaşlıq baxımından Rusiyaya yaxın olan Almaniya da bildirib ki, Ukraynanı qane edən saziş bağlanmayınca sanksiyalar aradab qaldırılmayacaq.
Tarix: 29-07-2022, 11:04
Xəbəri paylaş





Xəbər lenti