Rus ordusu Nikopola daxil oldu

Rus ordusu Nikopola daxil oldu

Rusiya ordusu gecə saatlarında Dnepropetrovsk vilayətinin Nikopol və Krivoroj rayonlarına hücum edib.
Bu barədə Dnepropetrovsk vilayətinin meri Valentin Reznıçenko məlumat verib:
“Rusiya ordusu Qradovdan Nikopola daxil olub. Onlar qəsdən yaşayış məntəqəsini atəşə tutublar. 40-dan çox raket atılıb, 6 fərdi yaşayış evi və yardımçı tikililərə ziyan dəyib”.
Reznıçenkonun sözlərinə görə, elektrik xəttinə də ziyan dəyib, bir neçə min ev işıqsız qalıb.
“Artıq atışma yerlərinə səpələnmiş raket mərmilərinin parçaları var. Orada Fövqəladə Hallar Dövlət Xidmətinin mütəxəssisləri işləyir”, – o qeyd edib.
Tarix: 29-07-2022, 18:06
Xəbəri paylaş





Xəbər lenti