Latviyalı nazirdən Rusiya ilə bağlı sərt təklif: “VİZA VERİLMƏSİN!”
Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa qoymalıdır.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs “
Twitter“ səhifəsində bildirib.
“Aİ Rusiyanı terrorizmin himayədarı hesab etməlidir. Mən Rusiya vətəndaşları üçün Aİ-nin turist vizalarına qadağa qoyulması təklifimi bir daha bəyan edirəm”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Latviya hökuməti sərhədi keçən Rusiya vətəndaşlarına Ukraynadakı hərbi əməliyyatları pisləyən sənəd imzalamağı tələb edib.
Bundan imtina edənələrə sərhədi keçmək qadağan edilib.
Tarix: 31-07-2022, 13:53