Rusiyanın Qara dəniz Donanmasının qərargahı vurulub, yaralılar var


Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.
Bu barədə Sevastapol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.
Nəticədə 5 nəfər yaralanıb.
Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.
Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.
Tarix: 31-07-2022, 14:11
Xəbəri paylaş





Xəbər lenti