RUS ORDUSU BU ƏRAZİLƏRDƏN ÇƏKİLMƏYƏ BAŞLADI - Baş Kəşfiyyatın məlumatı




Rusiya ordusu şəxsi heyətini Ukraynanın Zaporojye əyalətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarır.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.
"İyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin işğalçıların hərbi qüvvələrinin Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələri yaxınlığında yerləşdiyi əraziyə endirdiyi zərbələrdən sonra Rusiya hərbçiləri canlı qüvvə və texnikanı başqa mövqelərə aparıblar. 40-a yaxın yaralı Poloqi şəhərindəki xəstəxanaya aparılıb. Hərbi bölmələr demək olar, Çerniqovkadan çıxarılıb”, - məlumatda deyilir.
Tarix: 31-07-2022, 21:59
Xəbəri paylaş





Xəbər lenti