Kosovo yenə qarışdı: serblər barrikadalar qurmağa başlayıb


 335 
Dünyada bir sıra dövlətlər tərəfindən tanınan Kosovonun şimalında yerli serblər üsyana qalxıb.
Musavat.com xəbər verir ki, buna əsas səbəb rəsmi Priştinanın avtomobilləri və şəxsiyyət vəsiqələrini yenidən qeydiyyata almaq haqqında qərarıdır.
Kosovonun Şimal bölgəsi üzrə polis rəisinin müavini Besim Hoti serblərin yollarda barrikadalar qurduğunu təsdiqləyib.
"Varaq yaxınlığındakı Zubin Potokda və Rudarda yollar blokadaya alınıb. Belə görünür ki, bələdiyyənin xüsusi təyinatlılar tərəfindən bağlanacağı barədə yalan xəbər yayılıb", - deyə o söyləyib.
Müşahidəçilər Kosovonun şimalındakı ən azı iki şəhərdə də həyəcan siqnalı və atəş səslərinin eşidildiyini bildirirlər.
KFOR sülhməramlılarının qərargahı qeyd edib ki, onlar vəziyyəti izləyirlər və məlumat toplayırlar.
Kosovonun şimalında bölgənin Serbiyadan ayrılmasına qarşı etnik serblər yaşayır. Buna görə də onlar orada serb valyutasından istifadə edirlər və Serbiya vətəndaşlığına malikdirlər.
Tarix: 31-07-2022, 23:19
Xəbəri paylaş





Xəbər lenti