Rusiya hərbçisi Ukraynada fosfor bombası işlətdiklərini təsdiqlədi... - VİDEO-AUDİO

Rusiya hərbçisi Ukraynada fosfor bombası işlətdiklərini təsdiqlədi... - VİDEO-AUDİO
Rusiya işğalçıları Ukraynada fosforlu sursatlardan istifadə edirlər. Avqustun 2-də Ukrayna Müdafiə Nazirliyinin(MN) Baş Kəşfiyyat İdarəsi(BKİ) tərəfindən dinlənilməsi dərc edilmiş Rusiya hərbçisinin atası ilə söhbəti buna sübutdur.
Moderator.az xəbər verir ki, bu haqda "QORDON" Ukrayna MN BKİ-yə istinadla məlumat yayıb.
"Sadəcə, batalyon komandirinin başı çöndü və bu məxluqları konkret məhv etməyə qərar verdi" - deyir işğalçı.
Atası etiraz edir ki, fosforlu sursatların istifadəsi Cenevrə konvensiyası ilə qadağan edilib. 
"Ata, bilirsən burada onlardan nə qədər istifadə edirlər, bu, prinsipcə qadağandır"- deyə işğalçı cavab verir.
Beynəlxalq hüquqa görə, fosforlu sursatların hərbi obyektlərə qarşı istifadəsinə icazə verilir.
Bununla belə, müharibə zamanında mülki şəxslərin müdafiəsi üzrə Cenevrə Konvensiyası mülki əhali üçün təhlükə yaranarsa, fosforlu mərmilərin istifadəsini qadağan edir.
Buna baxmayaraq,  Ukraynanın yerli hakimiyyət orqanları müntəzəm olaraq Rusiya ordusunun fosfor bombalarından istifadə etdiyini bildirirlər. O cümlədən, Popasnada (Luqansk vilayəti) martın 13-də, Kramatorskda (Donetsk vilayəti) martın 21-də, İrpin və Qostomel bölgəsində (Kiyev vilayəti) - martın 22-də, Rubijnedə (Luqansk vilayəti) - martın 23-də, Maryinka, Krasnoqorovka və Novomixaylovkada (Donetsk vilayəti) - 30 martda, Mariupolda (Donetsk vilayəti) - 6 apreldə, Mariupoldakı "Azovstal" zavodunda - 14 mayda, Dnepropetrovsk vilayətinin Nikopol rayonunda - 15 iyulda...

Sultan Laçın
Tarix: 2-08-2022, 22:51
Xəbəri paylaş





Xəbər lenti