"Nüvə silahı son vasitədir, amma mümkündür" - Aleksey Arbatov

"Nüvə silahı son vasitədir, amma mümkündür" - Aleksey Arbatov

77 ildir ki, ABŞ 1945-ci il avqustun 6 və 9-da törədilmiş hərbi cinayətdə - Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində mülki əhalinin nüvə bombalanmasında məsuliyyətini inkar edir.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Akademiyasının Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri Aleksey Arbatov danışıb.
Ekspertin fikrincə, oxşar hücum təkrarlana bilər, çünki birinci zərbə Amerika doktrinasının mərkəzi hissəsidir.
“ABŞ bunun zorakılıq aktı olduğunu qəbul etmir. Onların fikrincə, zorakılıq Yaponiya tərəfindən Pearl Harborda törədilib. Atılan bombalar isə İngiltərə və Amerika təyyarələrinin Avropa şəhərlərinin bombardman edilməsinə sadəcə cavab tədbiri olub. Onlar bunu təcavüzkara qarşı qisas aktı hesab edirlər”,- deyə Arbatov izah edib.
O qeyd edib ki, indi Rusiya ilə NATO arasında birbaşa silahlı toqquşma riski yüksəkdir. “Belə bir birbaşa qarşıdurma olarsa, Ukrayna böhranı daha da kəskinləşərsə, nüvə silahından istifadə etmək olar. Əlbəttə, heç kim onlardan istifadə etməyi düşünmür. Daha doğrusu, bu, son vasitədir, amma mümkündür”,- deyə akademik qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl  Xirosimanın meri Kazumi Matsui partlayış qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Lev Tolstoydan sitat gətirib.
Qeyd edək ki, 1945-ci il avqustun 6-da və 9-da bəşəriyyət tarixində nüvə silahından döyüş istifadəsinə dair iki müstəsna hal hal yaşanıb - Xirosima və Naqasakiyə atom bombası atılıb.
Bu hadisə, İkinci Dünya Müharibəsinin son mərhələsində ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirilib.
Tarix: 6-08-2022, 22:45
Xəbəri paylaş





Xəbər lenti