Putin narahatdır - Rusiya təhlükəsizlik xidmətinə TƏCİLİ GÖSTƏRİŞ verildi


 
Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə artıq yeddinci aya keçib. Donetsk vilayətində müharibənin şiddətləndiyi bir vaxtda Rusiya casus qalmaqalı ilə çalxalanıb.
Musavat.com xəbər verir ki, Rusiya dövlət mediasının məlumatına görə, ölkənin aparıcı hipersəs raketlərinə cavabdeh olan alimlərdən biri vətənə xəyanətdə ittiham olunur.
Putinin göstərişi ilə həbs edilən alimin Rusiyanın hazırladığı hipersəs raket layihələrində mühüm rolu olan Aleksandr Şiplyuk olduğu açıqlanıb.

Kremlə bağlı olan və adı açıqlanmayan mənbə Şiplyukun hipersəs raket tədqiqatları ilə bağlı məxfi məlumatları ölkə xaricinə ötürdüyünü bildirib.
Mənbə əlavə edib ki, Şiplyuk ötən ay saxlanan Anatoli Maslovla eyni ittihamlarla üzləşib və Rusiyanın təhlükəsizlik xidməti FSB-a məsələ ilə bağlı təcili göstəriş verilib.
Sözügedən raketlər Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir.
Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədən hədəfləri vura biləcəyini açıqlamışdı.
Raketi “məğlubedilməz” kimi xarakterizə edən Rusiya lideri bu silahlarla dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini vurğulamışdı.

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə xüsusi qorunan “Satan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir.
Yəni raket bütün Avropa paytaxtlarını vurmaq gücünə sahibdir.
Qeyd edək ki, Rusiya mətbuatı bu yaxınlarda şərti və ya nüvə başlığı daşıya bilən “Zirkon” hipersəs raketinin yeni şəkillərini yayınlayıb.
Britaniya mediası görüntüləri “Rusiyanın Londonu 5 dəqiqəyə vura biləcək hipersəs nüvə raketi” başlığı ilə təqdim edib.
Tarix: 8-08-2022, 12:27
Xəbəri paylaş





Xəbər lenti