Rus aerodromunda məhv edilən təyyarələrin sayı açıqlanıb - SİYAHI


Ötən gün Krımın Novofyodorovka yaşayış məntəqəsi ərazisindəki Saki aerodormounda baş verən partlayışlar nəticəsində məhv edilən rus hərbi təyyarələrinin sayı məlum olub.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin "Facebook" hesabından paylaşım edilib.
Paylaşımda bildirilib ki, baş verən partlayışlar nəticəsində düşmənin 9 təyyarəsi məhv edilib. Xarici KİV-lərin məlumatına görə, partlayışlar nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Qeyd edək ki, ötən gün baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə müxtəlif idddialar səsləndirilir, Ukraynanın aerodroma raket zərbələri endirdiyi üçün partlayışların baş verdiyi bildirilir.
Ancaq hər iki ölkənin Müdafiə Nazirliyi açıqlamalarında aerodroma hər hansı bir hücumun olduğunu etiraf etməyiblər. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Krımda baş verən partlayışların səbəbini, aerodromda saxlanılan bir neçə aviasiya sursatının detonasiyasıyla izah edib. Ukrayna Müdafiə Nazirliyi isə partlayışın hansı səbəbdən baş verdiyindən xəbərsiz olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Rusiyanın Qara dəniz donanmasının dəniz aviasiyasıın yerləşdiyi aerodromda Su-30SM, SU-24M, Su-24MP və TU-134 hərbi təyyarələri yerləşdirilmişdi.
"AzPolitika.info" bu təyyarələrin qiymətini oxuculara təqdim edir:
- Su-30 SM - 37 milyon dollar;

- Su-24 M -24 milyon dollar;

- Su- 24 MP - 25 milyon dollar;

- TU - 134 - 461 min dollar.
Təxmini hesablamalara görə, məhv edilən rus təyyarələrinin ümumi dəyəri 200 milyon dollardan artıqdır.



Tarix: 10-08-2022, 23:33
Xəbəri paylaş





Xəbər lenti