Kissincer: “ABŞ Rusiya və Çinlə müharibə astanasındadır”
ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) və milli təhlükəsizlik müşaviri (1969-1975) Henri Kissincer “The Wall Street Journal”a müsahibəsində ABŞ-ın Rusiya və Çinlə müharibə astanasında olduğunu bildirib.
O, hazırda gərginliyi artırmamağın vacibliyinə diqqət çəkib.“Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı barədə heç bir fikrimiz olmadan müharibənin astanasındayıq”, - deyə siyasətçi vurğulayıb.
O, həmçinin bəyan edib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həlli Krım və Donbasın bir hissəsinin Moskvanın nəzarətində qalması ilə nəticələnə bilər. /Oxu.az/
Tarix: 14-08-2022, 09:06