İrəvanda ticarət mərkəzindəki partlayışda 20 nəfərin taleyi məlum deyil




İrəvanda “Surmalu” Ticarət Mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdu.
Siam.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.


O bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, bu gün günorta saatlarında başlayan yanğında son məlumatlara görə, 2 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.
APA
Tarix: 14-08-2022, 21:39
Xəbəri paylaş





Xəbər lenti