Hərbi ekspert Rusiya komandanlığının nədən faciəli dərəcədə qorxduğunu açıqladı...


Rusiya ordusunun komandanlığı müdafiəyə keçməkdən fəlakətli şəkildə qorxur.

Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov söyləyib.
 
"Rusiya ordusunun dayanıqlığı məsələsi böyük sualdır... Rus əsgəri bu gün Ukrayna Xersonu uğrunda ölməyə hazırdırmı? Rusiya komandanlığı müdafiəyə keçməkdən fəlakətli şəkildə qorxur, çünki başa düşürlər ki, onlar üçün müdafiə ölümdür. Nə qədər ki, hücum edirlər, ələ keçirirlər, qarət edirlər - bir həvəs var, irəli getmək üçün bir ideya var ...  Amma müdafiəyə oturan kimi Rusiya ordusu ümumiyyətlə motivasiyasını itirir”- ekspert vurğulayıb.
 
"Əgər onlar torpaqlarımız uğrunda ölməyə hazırdırlarsa, o zaman özlərini müdafiə edəcəklər... və hazır deyillərsə, sadəcə geri çəkilə bilərlər. Biz belə nümunələri artıq bilirik", - deyə Jdanov əlavə edib.
 
Xatırladaq ki, bir müddət əvvəl Rusiya hərbi komandanlığının Xersondan qaçdığı bildirilirdi.
 
Prezident Ofisi rəhbərinin müşaviri Arestoviç bəyan edib ki, Rusiya prezidenti Putin Ukrayna ilə barışıqdan ötrü yalvarmaq üçün Qərbə “elçilər” göndərib.
Tarix: 17-08-2022, 08:46
Xəbəri paylaş





Xəbər lenti