"Nədən Belarus sadəlövhcəsinə Kremlə inanır, axı, növbəti təcavüz Belarusa qarşı ola bilər?.."


Putin və Lukaşenko Müstəqillik günündə Ukraynaya çirkli "sürpriz" hazırlayır...
 

"Kremlin bayramları pozmaq və ukraynalılara xüsusilə milli bayramlarda psixoloji təzyiq etmək ənənəsi mövcuddur..."
 
 
 
Ukrayna avqustun 24-də ölkənin Müstəqillik günündə Rusiya tərəfdən kütləvi atəşlərin olacağından narahatdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "FreeDom" telekanalı məlumat yayıb.
 
Hərbçilər və ekspertlər telekanala deyib ki, Kremlin bayramları pozmaq və ukraynalılara xüsusilə milli bayramlarda psixoloji təzyiq etmək kimi ənənəsi mövcuddur. 
 
Hazırda Rusiya qəsdən fasilə götürüb və Ukraynaya 23-25 avqustda xoşagəlməz "sürprizlər" hazırlayır.
 
"Məntiqlə bu günlərə onların nəsə xüsusi bir şey hazırladıqlarını gözləmək olar", - politoloq Pyotr Oleşşuk bəyan edib.
 
Süjetdə deyilir ki, son zamanlar rusiyalılar kütləvi şəkildə idarəedilən zenit raketlərini (İZR) saxlanc yerlərindən çıxararaq Ukraynaya daşıyır.
 
"Belə ki, Kotovoda raketlər, döyüş sursatları və partlayıcı maddələrin kompleks saxlanma arsenalından 120-dən artıq konteyner raketlər və C-300 raket-zenit kompleksi və 10 konteyner operativ-taktiki raket kompleksləri üçün raket çıxarılıb.
 
Hazırda C-300 üçün İZR-i Rusiyanın hər yerindən Ukraynaya taktiki və operativ-taktiki səviyyəli raketlərin əvəzinə istifadə edilməsi üçün gətirilir", - bunu hərbi ekspert Aleksandr Kovalenko deyib.
 
Bununla əlaqədar olaraq ekspertlər ukraynalıları avqustun 24-də kütləvi hücumlara hazırlaşmağa çağırış edib. Putinin ukraynalılar üçün kütləvi raket zərbələri hazırlaması təhlükəsi mövcuddur.
 
"Düşünürəm ki, onlar bu qədər raketləri toplayır ki, imkan daxilində maksimal raket zərbələri endirsinlər", - bunu hərbi ekspert Oleq Jdanov deyib və istisna etməyib ki, atəşlər avqustun 23-ü başlaya bilər.
 
"Belarusskiy Qayun" monitorinq qrupunun məlumatına görə, hazırda Belarus ərazisində çoxlu sayda zenit-raket kompleksləri və minlərlə ton döyüş sursatı toplanıb, bunları Rusiya yaxın günlərdə Ukraynaya gətirməyi planlaşdırır. 
 
Qrup məlumat verib ki, respublika ərazisində tankların, "Ural", "MAZ" və digər zirehli maşınların hərəkəti, qırıcıların uçuşları, habelə səhra mətbəxləri və hətta biotualetlərin hərəkəri görünür.
 
"Zyabrovka" hərbi təyyarə limanında 14 C-300 və C-400 raket kompleksi, "Pansir" ZRK və RLS var", - jurnalistlər məlumat verib.
 
"Rusiyalılar Belarus silahını, sadəcə, götürmür, onlar faktiki olaraq öz tərəfdaşını tərksilah edir. Lukaşenko Kremldən o qədər asılıdır ki, o qədər öz problemləri başından aşıb-daşır ki, öz dövlətini müdafiə etmək iqtidarında deyil. 
 
Belarusun öz döyüş sursatlarını Rusiyaya verməsi aydındır ki, ölkəni zəiflədir, onu tərksilah edir. Mənim üçün çox təəccüblüdür, nədən Belarus sadəlövhcəsinə Kremlə inanır. Axı növbəti təcavüz Belarusa qarşı yönələ bilər. Və bu, Ukraynaya qarşı olduğundan dəfələrlə tez baş verə bilər", - bunu politoloq, beynəlxalq məsələlər üzrə ekspert Taras Semenyuk vurğulayıb.
Tarix: 17-08-2022, 22:44
Xəbəri paylaş





Xəbər lenti