Rusiyanın Belqorod vilayətində silah-sursat anbarı yanıb



Kənd sakinlərinin təhlükəsiz əraziyə təxliyə edildiyi bildirilir
Rusiyanın Belqorod vilayətinin Valuyski rayonunun Timonovo kəndi yaxınlığında sursat anbarı yanıb.
AYNA xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.
Son məlumatlara görə, itki yoxdur. Rayon rəhbərliyi kənd sakinlərini təhlükəsiz əraziyə təxliyə edib. Yanğının səbəbi müəyyənləşdirilir.
Timonovo kəndində təxminən 530 nəfər yaşayır. Kəndin Ukrayna ilə sərhədə qədər olan məsafəsi təxminən 5400 metrdir.
Tarix: 19-08-2022, 08:30
Xəbəri paylaş





Xəbər lenti