ABŞ "F-16" satmasa...Türkiyə alternativ tapdı


ABŞ "F-16" satmasa...Türkiyə alternativ tapdı



Türkiyənin hərbi nümayəndə heyəti dördüncü nəsil "F-16" qırıcılarının Ankaraya tədarükü ilə bağlı danışıqları davam etdirmək üçün Vaşinqtondadır.
Rəsmi Ankara  40 ədəd  F-16" Blok-70 qırıcılarının satışına ABŞ Nümayəndələr Palatasının qadağa qoymasından narahatdır. 
Qeyd edək ki, Türkiyə 40 ədəd yeni qırıcının alınmasından başqa, özünün hərbi arsenalında olan 80 ədəd "F-16"-nın ABŞ tərəfindən modernləşməsini istəyir. 
Əgər Konqres Bayden adminstrasiyasının  "F-16"ların Türkiyəyə satılması və təkmilləşdirilməsi ilə bağlı təklifini təsdiq etməsə, o halda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alternativ təchizatçılara müraciət edə bilər. 
Ehtiyatda olan general Ərdoğan Karakuş Türkiyə prezidentinə həmkarı Emmanuel Makronla Fransa istehsalı olan "Rafale" qırıcılarının alınmasını müzakirə etməyi təklif edib. Keçmiş hərbi komandan hesab edir ki,  Bayden administrasiyası Türkiyənin "F-16"-ların satışı və təkmilləşdirilməsi tələbini rədd etmək məcburiyyətində qalarsa,  Ankara asanlıqla digər istehsalçılara müraciət edə bilər. Türkiyənin müvəqqəti variant kimi bu cür sövdələşməyə getməsi mümkündür. Çünki Türkiyənin müdafiə sənayesi  milli layihə olan beşinci nəsil TF-X qırıcılarının istehsalı üzərində iş aparır. 

Cebhe.info

Tarix: 19-08-2022, 09:02
Xəbəri paylaş





Xəbər lenti