Xarkovda dağıntılar arasından 15 nəfərin meyiti çıxarılıb



Hadisə yerinə 75 nəfərlik şəxsi heyət cəlb olunub
Ukraynalı xilasedicilər Xarkovda bombalanma nəticəsində dağılmış binaların altından 15 nəfərin meyitini çıxarıblar.
AYNA-nın UNİAN-a istinadla xəbərinə görə, axtarış xilasetmə işləri 2 gündür fasiləsiz aparılır. Hadisə yerinə 75 nəfərlik şəxsi heyət və 13 texnika cəlb olunub.
Qeyd edək ki, avqustun 17-də İskəndər raketinin düşməsi nəticəsində Xarkovda bir neçə bina dağılıb.
Tarix: 20-08-2022, 09:26
Xəbəri paylaş





Xəbər lenti