"Putin ağlına gətirməyib ki, komik "KQB" polkovnikini oyuna gətirə bilər..."


""FSB" zabitləri Kiyevdə hakimiyyəti ələ keçirəcəklərinə o qədər əmin olublar ki, müharibədən əvvəlki son günləri paytaxtda mənzillərin təşkilinə sərf ediblər..."
 
"Ukraynanın işğalı ərəfəsində işğalçı Rusiya prezidenti ukraynalıların müqavimətinin nə qədər güclü olacağını təsəvvür edə bilməyib".
 
Moderator.az xəbər verir ki, bunu "Radio NV"-yə müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) keçmiş zabiti İvan Stupak deyib.
 
Ekspert qeyd edib ki, bəlkə də Putin onun ordusunun Ukraynada necə qarşılanacağını başa düşsəydi, işğalın məqsədəuyğun olub-olmadığı barədə düşünərdi.
 
"Mən həqiqətən əmin deyiləm ki, o, ukraynalıların özlərini necə aparacağını, prezidentin Ukraynadan qaçmayacağını anlasaydı, belə hərəkət edərdi”, - ekspert qeyd edib.
 
Stupak həmçinin düşünür ki, Rusiya lideri Ukrayna prezidentinin ona müqavimət göstərə biləcəyini ağlına gətirməyib.
 
"O, hesab edirdi ki, Zelenski komikdir.  O, gözləmirdi ki, bayağı bir komediyaçı, komik onu - "KQB"-"FSB" polkovnikini, "super çevik agent"i  uda, oyuna gətirə bilər. O, Putini üstələdi, düzünü deyək. Putin insanların, sadəcə, küçənin ortasında Kiyevi müdafiə etmək üçün silah alacağını gözləmirdi. O, bunun çox tez olacağını düşünürdü,  onu inandırırdılar ki, hər şey yaxşı olacaq. Amma bu, baş vermədi”, - deyə ekspert vurğulayıb.
 
Keçmiş UTX zabiti onu da deyib ki, Putin real mənzərəni görsəydi, onun davranışı fərqli ola bilərdi.
 
“Əgər o bilsəydi ki, bu, baş verməyəcək, onda yəqin ki, destruktiv müharibəni davam etdirəcək, Ukraynanı daxildən məhv edəcək, bu ictimai rəy liderlərinə, politoloqlara, siyasətçilərə, partiyalara maaş verməyə davam edəcəkdi”, - deyə ekspert bildirib.
 
Xəbərdə qeyd edilir ki, dünən - avqustun 19-da "The Washington Post" qəzeti işğaldan əvvəl "FSB" casuslarının Kiyevdə ev axtardığına dair məqalə dərc edib.
 
Materialda deyildiyi kimi, "FSB" zabitləri Kiyevdə hakimiyyəti ələ keçirəcəklərinə o qədər əmin olublar ki, müharibədən əvvəlki son günləri paytaxtda mənzillərin təşkilinə sərf ediblər.
 
Sultan Laçın

Tarix: 20-08-2022, 23:22
Xəbəri paylaş





Xəbər lenti