Anasının doğum gününə hərbi formada gələn rusiyalı zabit restorana buraxılmadı və...

Anasının doğum gününə hərbi formada gələn rusiyalı zabit restorana buraxılmadı və...
Rusiya Dövlət Dumasının spikeri rusiyalı hərbi qulluqçulara hörmətlə yanaşmayan insanları Donbasa xidmət keçməyə göndərməyi təklif edib
 "Mənə hansısa arxa qapıdan keçib ailəmə qoşulmağı təklif etdilər..."
 
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin rusiyalı hərbi qulluqçulara hörmətlə yanaşmayan adamları Donbasa xidmət keçməyə göndərməyi təklif edib.
 
Moderator.az xəbər verir ki, siyasətçi Moskvanın "Maqadan" restoranında baş vermiş hadisəyə belə kəskin münasibət bildirib. 
 
Müəssisənin mühafizəçisi öz anasının goğum gününü qeyd etməyə formada gələn Rusiya Hərbi-Kosmik Qüvvələrinin leytenantını restorana buraxmayıb. 
 
Hərbi qulluqçudan arxa qapıdan istifadə etmək təklif edilib.
 
"Mənə hansısa arxa qapıdan müəssisəyə daxil olmamaq şərtilə keçib ailəmə qoşulmağı təklif etdilər", - zabit gileylənib. 
 
Bir müddətdən sonra leytenantın anası Rusiyanın federal KİV-lərinin müxbirlərinin müşayiəti ilə mühafizəçiyə yaxınlaşıb. 
 
Mühafizəçi üzr istəməkdən imtina edib. Bundan sonra qadın prokurorluğa ərizə ilə müraciət edib.
 
Müəssisənin sahiblərindən biri Arkadi Novikov baş verən qalmaqala münasibət bildirib.
 
O, bu hadisə ilə bağlı olanların hamısını işdən çıxarıb, tədbirin təşkilatçısı olan firma ilə  müqaviləyə xitam verib və restoran direktorundan zabitin anasındam üzr istəməsi videosunu yazmağı xahiş edib. 
 
Novikov özü qadına zəng vurub, amma o, dəstəyi götürməyib. Restoran sahiblərindən biri Anton Pinski hadisə barədə şərh verməyib.
Tarix: 20-08-2022, 23:23
Xəbəri paylaş





Xəbər lenti