NATO-nun Ukrayna münaqişəsinə birbaşa müdaxiləsi mümkündür? - AÇIQLAMA


Rusiya Zaporojye Atom Elektrik Stansiyasını vurarsa, NATO-nun Ukrayna münaqişəsinə birbaşa müdaxiləsi mümkündür.
Bunu müdafiə nazirlərinə namizədlərin seçilməsi komitəsinin sədri Tobias Ellvud özünün “Twitter” hesabında yazıb.
“Ukrayna nüvə reaktorunun radiasiya sızması ilə qəsdən hər hansı zədələnməsi NATO-nun 5-ci maddəsinin pozulması deməkdir”, - deyə britaniyalı siyasətçi bildirib.
NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, Şimali Atlantika Alyansının üzvlərindən birinə hücum bütün üzvlərə hücum hesab olunur.
Oxu.az



Tarix: 20-08-2022, 23:42
Xəbəri paylaş





Xəbər lenti