Zelenski Müstəqillik Günü öncəsi ukraynalılara yeni təhlükə barədə xəbərdarlıq edib

Zelenski Müstəqillik Günü öncəsi ukraynalılara yeni təhlükə barədə xəbərdarlıq edib
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya gələn həftə “xüsusilə qəddar” bir şey etməyə cəhd edə bilər. Dövlət başçısı həmvətənlərini istənilən düşmən təxribatına qarşı durmağa çağırıb. 
O, bu barədə videomüraciətində bildirib. "Biz bilməliyik ki, bu həftə Rusiya xüsusilə murdar və xüsusilə qəddar bir şey etməyə cəhd edə bilər. Bu, bizim düşmənimizdir. Amma bu altı ay ərzində istənilən başqa həftədə Rusiya həmişə murdar və qəddar olan eyni şeyi etdi - , "- deyə prezident bildirib. 
 
O əlavə edib ki, düşmənin əsas vəzifələrindən biri ukraynalıları aşağılamaq, imkanlarımızı, qəhrəmanlarımızı dəyərsizləşdirmək, inamsızlıq, qorxu və münaqişələr yaymaqdır.
Tarix: 21-08-2022, 08:48
Xəbəri paylaş





Xəbər lenti