Finlandiyanın Baş naziri narkotik testindən KEÇDİ


Finlandiyanın Baş naziri narkotik testindən keçib.
Bu barədə Finlandiyanın ictimai yayımı YLE bildirib.
Finlandiyanın Baş naziri Sanna Marin cümə günü dostları ilə rəqs edərkən görüntüləndiyi videodan sonra yaranan ajiotaja görə narkotik testindən keçdiyini bildirib,
“Son günlər cəmiyyətdə narkotikdən istifadə etdiyim barədə kifayət qədər ciddi iddialar var. Mən bu ittihamları çox ciddi və ağır hesab edirəm. Öz hüquqi müdafiəm üçün – narkotik testindən keçmək tələbini əsassız hesab etsəm də, bu cür şübhələri aradan qaldırmaq üçün mən narkotik testindən keçdim, – deyə Marin jurnalistlərə bildirib.
O, heç vaxt narkotik qəbul etmədiyini deyib.
“Hətta yeniyetmə ikən heç bir narkotik qəbul etməmişəm”, – Baş nazir əlavə edib.
Finlandiyanın 36 yaşlı lideri şəxsi videolarının yayılmasından sonra siyasi rəqiblərin tənqidinə tuş gəlib. Bu kadrların mediada yer almasından qəzəbləndiyini qeyd etməklə yanaşı, o, yaxşı əyləndiyini etiraf edib.
“Bu videolar özəldir və şəxsi məkanda lentə alınıb. Onların ictimaiyyətə yayılmasından qəzəblənirəm”, – deyə Marin bildirib.
Videolar Marinin bəzi opponentlərini onun davranışını Baş nazirə yaraşmayan kimi tənqid etməyə sövq edib. Müxalifət deputatı Mikko Karna cümə axşamı tvitində Marinin narkotik testindən keçməli olduğunu söyləyib.
Marin cümə axşamı spirtli içkilərin içildiyini, lakin şənlik zamanı narkotik istifadəsi hallarından xəbərsiz olduğunu deyib.
KONKRET.az
Tarix: 21-08-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti