Dunay çayı o qədər dayazlaşdı ki, II dünya savaşınınn hərbi gəmilərinin qalıqları göründü...

Dunay çayı o qədər dayazlaşdı ki, II dünya savaşınınn hərbi gəmilərinin qalıqları göründü...
"Bir çox gəmilərdə indiyədək tonlarla döyüş sursatları və partlayıcı maddələr var, bu da gəmiçilik üçün təhlükə törədir"
 

Avropada son illərin ən güclü quraqlığı nəhəng Dunay çayı son bir əsrdə ən aşağı səviyyəyə çatmasına gətirib çıxarıb ki, nəticədə ikinci dünya savaşında batan onlarla alman hərbi gəmilərinin qalıqlarını üzə çıxarıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Röyter" agentliyi məlumat yayıb.
 
Bəzi gəmilər çay məcrası boyunca şərqi Serbiyanın Praxovo şəhəri yaxınlığında səpələnib, burada qüllələr, komanda körpücükləri, dorlar, bəzilərində xeyli korroziya izləri görünür.
 
Gəmilərin qalıqlarının üzə çıxması səbəbindən bu rayonda çayın gəmilər üçün keçilməsi 180 metrdən 100 metrədək qısalıb.
 
Bir çox gəmilərdə indiyədək tonlarla döyüş sursatları və partlayıcı maddələr var və gəmiçilik üçün təhlükə törədir.
 
"Alman donanması özündən sonra böyük ekoloji fəlakət yaradıb və bu, biz, Praxovo sakinlərinə təhlükə törədir", - bunu nəşrə müsahibəsində alman gəmiləri barədə kitab yazan 74 yaşlı Velimir Trayyiloviç deyib.
 
Mart ayında Serbiya korpusların xilas edilməsi, döyüş sursatları və partlayıcı maddələrin çıxarılması üçün tender elan edib.
 
Əməliyyatın dəyəri 29 milyon avro (30 milyon dollar) civarında dəyərləndirilir.
Tarix: 21-08-2022, 22:08
Xəbəri paylaş





Xəbər lenti