Bu saziş imzalansa, ABŞ İranın Cənubi Koreyada olan 7 milyard dollarını qaytaracaq və...

Bu saziş imzalansa, ABŞ İranın Cənubi Koreyada olan 7 milyard dollarını qaytaracaq və...
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) terrorçu təşkilatlar siyahısından çıxarılması tələbini geri götürüb...
 

İranla nüvə sövdələşməsinə dönüş həmişəkindən daha yaxındır. Nüvə sazişi layihəsinin son variantında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) terrorçu təşkilatlar siyahısından çıxarılması tələbindən imtina edib. Bu tələbi İran indiyədək özünün "qırmızı xətti" adlandırıb.
 
Moderator.az xəbər verir j ki, bu barədə avqustun 20-də Ağ ev administrasiyasında adı çəkilməyən naməlum yüksək vəzifəli mənbəyə istinadən CNN saytı məlumat verib.
 
Onun sözlərinə görə, yeni saziş layihəsində iranlılar bu tələbi səsləndirməyib. Bundan başqa, məmurun sözlərinə görə, onlar həmçinin İİKK ilə bağlı olan şirkətlərdən sanksiyaların çıxarılması tələblərindən də imtina edib.
 
"Biz sazişin imzalanmasına həmişə olduğundan daha yaxınıq, lakin tərəflərin mövqelərində hələ də fikir ayrılıqları var və nəticələr hələ aydın deyil.
 
Bu zaman o, vurğulayıb ki, ABŞ prezidenti Co Bayden yalnız ABŞ-ın maraqlarına uyğun olan sövdələşməni imzalayacaq.
 
İKK-nin terrorçu təşkilatlar siyahısından çıxarılmasına Bayden son bir neçə ayda təkid edib. Və bununla da faktiki olaraq İKK-ni 2019-cu ildə terrorçu təşkilatlar sırasına salan sabiq ptezident Donald Trampın xəttini davam edib.
 
Bu arada isə iranlıların əlavə tələbləri də var ki, ABŞ onlarla razı deyil. Belə ki, İran növbəti prezidentin bu sazişdən çıxmayacağı zəmanətlərini tələb edir (görünür, sazişdən çıxan tərəfə hansıda cərimə sanksiyaları formasında).
 
ABŞ hələ buna hazır deyil. İran həmçinin MAQATE-nin onun nüvə proqramına dair araşdırmasının dayandırılmasını tələb edir.
 
Xəbər verildiyi kimi, İran müxalifəti ilə əlaqəsi olan "İran İnternational" saytı İranın 2015-ci il nüvə sazişinə dönməyə razı olması üçün ABŞ-ın gedəcəyi güzəştlərin gizli siyahısının üstünü açıb. 
 
Dərc edilən hesabatda amerikalılar İranın 17 bankından sanksiyaları götürməyə və digər 150 maliyyə müəssisələri üzərində sanksiyaları zəiflətməyə razı olub. Həmçinin ABŞ İranın Cənubi Koreyada olan 7 milyard dollar məbləğində aktivlərini azad etməyə hazırdır.
 
Həmçinin müəyyən edilib ki, ABŞ 120 milyon barel neft almağa və sabiq prezident Donald Tramp tərəfindən İranla bağlı imzalanan üç inzibati sərəncamı ləğv etməyə razıdır. Amerika tərəfinin daha bir mühüm güzəşt ondan ibarətdir ki, ABŞ sazişdən çıxacağı təqdirdə İran şirkətləri ilə sövdələşmənin xarici iştirakçıları sanksiyalardan azad ediləcək.
 
Sövlələşmənin bütün müddəalarının 120 gün ərzində gerçəkləşməsi və bunun ölkələr arasında "əsirlərin" dəyişdirilməsinə gətirib çıxaracağı ayrıca göstərilib.
 
ABŞ-dan verilən məlumatlara görə, nüvə sövdələşməsinin son layihəsi İrana il ərzində yenidən işə sala biləcək sentrifuqaların bütün infrastrukturunu saxlamaq hüququ verir. Bundan başqa, İrana daha 10 il ərzində nüvə tədqiqatlarını davam etməyə və uranın qalıqlarını satmağa icazə veriləcək.
 
"İranın 2015-ci il nüvə sazişinə dönmək çərçivəsində İrana yeni güzəştləri nəzərdən keçirməyimiz barədə məlumatlar tamamilə yalandır", - "İran İnternational"-da dərc edilənləri "Əl-Ərəbiyyə" nəşrinə müsahibəsində ABŞ milli təhlükəsizlik Şurasının mətbuat katibi Edriyenn Uotson şərh edib.


Tarix: 21-08-2022, 22:12
Xəbəri paylaş





Xəbər lenti