Krım körpüsünə zərbənin mümkün tarixi... – İsrailli zabit danışıb




Ukrayna silahlı qüvvələri (USQ) Krım körpüsünə avqustun 24-də - dövlət müstəqilliyinin 31-ci ildönümü günü zərbə endirə bilər.
Bu ehtimalı «Radio NV»-yə müsahibəsində İsrail müdafiə ordusunun ehtiyatda olan mayoru Viktor Versner irəli sürüb («UNİAN»).
Onun sözlərinə görə, təkcə rusiyalılar yox, həm də ukraynalılar «rəmzi tarixləri» sevirlər.
«Və ona görə də mən, bu tarixdə raket atəşlərinin kəskinləşməsini gözləyirəm, hər şeydən əvvəl, Ukrayna ərazisinə yönəlik. Ona görə hamıya məsləhət görürəm ki, bu tarixi bu dəfə evdə bayram etsinlər.
Həm də Ukrayna bu günlərdə situasiyanı gərginləşdirməlidir. Hansısa yaşayış məntəqəsini azad edə bilər, Krım körpüsünə və ya Rusiya ərazisində başqa mühüm obyektə zərbə endirə bilər» - o, proqnoz edib.
Tarix: 23-08-2022, 09:24
Xəbəri paylaş





Xəbər lenti