RUSİYADA FAŞİZM TÜĞYAN EDİR – Uşaqları müharibəyə hazırlamağa başlayıblar



RUSİYADA FAŞİZM TÜĞYAN EDİR –
Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rusiyalı işğalçılar uşaqların müharibəyə hazırlığına başlayıblar.

Bu barədə özünün «Teleqram»ında Luqansk vilayətinin hərbi-mülki administrasiyasının başçısı Sergey Qayday xəbər verib («UNİAN»).

«Artıq böyümüş uşaqları rusiyalılar müharibəyə hazırlamağa başlayıblar. Belə ki, Belovodsk rayonunda Novoderkul kəndinin yaranmasının 225-ci illiyində təntənəli surətdə hərbi andın qəbulu və iştirakçıların «Gənc qvardiya» hərbi-vətənpərvərlik hərəkatına həsr olunması baş tutub - 30 nəfər məktəb yaşlı uşaq hərbi and qəbul edib.

Onlar bunun gələcək nəticələrini başa düşüblərmi? Çətin. Valideynlər, dəqiqi isə analar - mümkündür. Amma onlar uşaqları buraya buraxıblar və ölüm doğuran bu absurdu dinməzcə seyr ediblər» - xəbərdə deyilir.

Hələ 2008-ci ildə Rusiyaya qısa səfərim zamanı bu ölkədə qarşılaşdığım şovinist əhval-ruhiyyə məni sarsıtmışdı və Bakıya qayıdarkən yazmışdım ki, Rusiyanın «başının üstündə bir faşizm kabusu fırlanmaqdadır».

Buyurun, indi Putin Rusiyasında dəhşətli bir FAŞİZM tüğyan edir!
qafqaz media
Tarix: 24-08-2022, 08:43
Xəbəri paylaş





Xəbər lenti