ABŞ ordusu İran hədəflərini vurdu


ABŞ ordusu bu gün səhər saatlarında Suriyanın şərqində İran İnqilabı Keşikçiləri tərəfindən dəstəklənən silahlı qruplaşmaların istifadə etdikləri ərazilərə hava zərbələri endirib.
Milislərin Deyr əz-Zorda vurulduğu və hücumun “gərginlik riskini məhdudlaşdırmaq və itki riskini minimuma endirmək üçün” edildiyi bildirilib.
“Prezident Baydenin göstərişi ilə ABŞ hərbi qüvvələri bu gün Suriyanın Deyr əz-Zor bölgəsinə dəqiq hava zərbələri endirib. Bu dəqiq zərbələr ABŞ qüvvələrini avqustun 15-də İranın dəstəklədiyi qrupların ABŞ personalına qarşı həyata keçirdikləri hücumlara bənzər hücumlardan qorumaq məqsədi daşıyır”, – deyə ABŞ Mərkəzi Komandanlığının sözçüsü polkovnik Co Buççino açıqlama verib.
Tarix: 24-08-2022, 21:28
Xəbəri paylaş





Xəbər lenti