Kiyev vilayətində partlayış səsləri eşidildi, amma...-RƏSMİ

Kiyev vilayətində partlayış səsləri eşidildi, amma...-RƏSMİ
Avqustun 25-nə keçən gecə səhərə yaxın Kiyev vilayətində gurultulu partlayışlar baş verib.
 
Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, bu barədə yerli vaxtla saat 04:42-də(Bakı-05:42) Kiyev VHA-nın rəhbəri Aleksey Kuleba Telegram-da məlumat paylaşıb.
 
"Vışqorodski rayonunun icmalarından birində bir neçə partlayış səsi barədə məlumat var. Məlumatı dəqiqləşdiririk. Fövqəladə xidmətlər artıq işləyir. Dəqiqləşdirmə aparılır", -  administrasiya rəhbəri belə yazıb.
 
Hadisə şahidlərinin sözlərinə görə, partlayış yerində yanğın baş verib.
 
Kuleba bölgə sakinlərini həyəcan siqnalına biganə yanaşmamağa çağırıb.

Tarix: 25-08-2022, 08:28
Xəbəri paylaş





Xəbər lenti