"Oğul atasına deyəcək: sən necə valideynsən, məni ordudan azad etməmisən, başqası isə..."





Ermənistan hökuməti Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və məcburi hərbi xidmətin ödənilməsi imkanını təklif edən yeni qanun layihəsini təsdiqləyib.
 
Xüsusilə, layihəyə əsasən, hərbi xidmətə başlayandan dörd ay yarım sonra, hərbi hazırlıq mərhələsi başa çatdıqdan sonra hərbçi Ermənistanın dövlət büdcəsinə 24 milyon dram ödəyə və müddətli həqiqi hərbi xidmətdən təxris oluna bilər. 
 
General-polkovnik Movses Akopyan NEWS.am ilə söhbətində qeyd edib ki, bu qanun layihəsi onun üçün qəbuledilməzdir: “Mənim münasibətim mənfidir, çünki düşünürəm ki, sosial statusundan asılı olmayaraq hər kəs Vətənə xidmət etməlidir”. General-polkovnikin sözlərinə görə, bu layihə ordunun mənəvi-psixoloji durumuna da təsir edəcək. “Bu, təkcə orduya deyil, ailələrə də təsir edəcək, çünki oğul atasına deyəcək: sən necə valideynsən ki, məni əsgərlikdən buraxmamısan, o biri valideyn borc alıb, kredit alıb oğlunu ordudan azad edib."
 
Layihəyə görə, bir şəxs orta hesabla dörd ay yarım olan hərbi xidmətin hazırlıq mərhələsi başa çatdıqdan sonra pul ödəyə bilər. Bununla bağlı Akopyan qeyd edib ki, dörd ay yarım müddətin müəyyən edilməsi də problemlidir.
 
“Təlim mərhələsi 6 ay olduğu halda niyə 4,5 ay təyin etdilklərini də  bilmirəm. Qanun elə qəbul edilsə ki, hamı 6 ay xidmət edib tərxis olunsa, ordu müqaviləli əsgərlərlə doldurulsa, insan resursları imkan verirsə, bu məqbul variantdır, çünki bu halda hər kəs hərbi xidmətə cəlb olunur, hərbçi peşəsinə yiyələnir. Amma bu formada qanun layihəsi mənim üçün qəbuledilməzdir”, - deyə Akopyan yekunlaşdırıb.Moderator.az

Tarix: 25-08-2022, 08:41
Xəbəri paylaş





Xəbər lenti